Pakistanda güclü partlayış olub

Pakistanın Bəlucistan vilayətində polis idarəsi yaxınlığında partlayış olub.
ONN media xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Bildirilir ki, partlayış motosikletə quraşdırılmış idarəolunan bomba ilə törədilib.
Partlayış nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.