Qeydiyyata düşməyən vətəndaşların 30 AZN cərimələnməsinə başlanılıb

Ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar cərimələnəsi prosesinə başlanıldığı bildirilir.
Abşeronda yaşayan vətəndaş bildirir ki, həyat yoldaşı ilə qohum evində kirayə qalır. Evlərində yaşadıqları qohumu onları mənzilinə müvəqqəti qeydiyyata aldığı halda, növbə polisi onlara 30 AZN cərimə yazıb.
Sakinin sözlərinə görə, polis onlardan heç bir sənəd tələb etmədən, bildiriş belə göndərmədən, kirayə qaldıqlarını, qeydiyyata düşmədiklərini bildirib və onları cərimələyib.
Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi ötən il məlumat yaymışdı. Həmin vaxt bu məlumat kimi yayılsa da cərimə tətbiq edilmirdi.
Daxili İşlər Nazirliyi hesab edir ki, bir çox hallarda vətəndaşların yaşadığı ünvan üzrə qeydiyyatının olmadığı müşahidə edilir, bu isə müvafiq dövlət qurumunun qeydiyyatı yaşadığı yerə olmayan hər hansı vətəndaşı axtaranda onu tapmaq çətinliyi yaradır.
Bu səbəbdən ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcək.