Metronun "Nizami" stansiyasında problem

Metronun "Nizami" stansiyasında problem

"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

ONN media xəbər verir ki, bu barədə Metropoliten QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib

Nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb.

Geri qayıt