Bakıda külək gücləndi

Bakıda külək gücləndi

Sentyabrın 5-i saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 21 m/s-dək güclənib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu sarı xəbərdarlığa uyğundur.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, aran rayonlarında 34, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Geri qayıt