Baş katibdən NATO ölkələrinə Ukrayna ÇAĞIRIŞI

Baş katibdən NATO ölkələrinə Ukrayna ÇAĞIRIŞI

NATO üzvü olan ölkələr Ukraynaya daha çox hərbi yardım göstərməlidir.

ONN media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirdiyi mətbuat konfransında deyib.

“Ukraynanın indi daha çox hərbi dəstəyə ehtiyacı var. Müharibəyə son qoymağın ən sürətli yolu Ukraynaya daha çox silah verməkdir”, - deyə o qeyd edib.

Blok ölkələrini Kiyevi dəstəkləməyə davam etməyə çağıran Stoltenberq Ukraynanın özünümüdafiə hüququna malik olduğunu təkrarlayıb.

Geri qayıt