Məşhur hücumçuya qızıl papaq hədiyyə olunacaq

Məşhur hücumçuya qızıl papaq hədiyyə olunacaq

İngiltərə yığmasının hücumçusu Harri Keynə qızıl papaq hədiyyə olunacaq.

ONN media xəbər verir ki, hədiyyə onun ölkə millisində 100-cü oyununu keçirməsi ilə bağlı hazırlanıb.

UEFA Millətlər Liqasında Finlandiya ilə qarşılaşma Keyn üçün əlamətdar olacaq. Yubiley oyunundan əvvəl mükafatlandırma mərasimi təşkil ediləcək. Matç sabah saat 22:45-də "Uembli" stadionunda start götürəcək.

Qeyd edək kki, Harri yığmada 2015-ci il martın 27-də debüt edib. Litva (4:0) ilə qarşılaşmada meydana sonradan çıxan Keyn cəmi 79 dəqiqə sonra qol vurub

Geri qayıt