İrana qarşı yeni sanksiyalar elan edildi
ABŞ administrasiyası İrana qarşı əlavə sanksiyalar elan edəcək.
ONN media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Böyük Britaniyada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər “Iran Air”ə təsir edəcək. Sanksiyalar İranın Rusiya ilə əməkdaşlığına cavab olaraq tətbiq ediləcək.
O xatırladıb ki, İranın hazırkı hakimiyyət orqanları ölkədən xarici məhdudlaşdırıcı tədbirlərin çıxarılmasını koordinasiya etmək istəklərini bəyan ediblər.
"Amma onlar əks effekt əldə etdilər", - deyə Blinken vurğulayıb
