Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
ONN media xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Salifu Suma və Rafael Utziq vurublar.
Tura bu gün saat 20:30-da baş tutacaq "Sabah" - "Turan Tovuz" - oyunu ilə yekun vurulacaq.
Turun daha əvvəl keçirilən matçlarında "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Qarabağ" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.