Prezident iki icra başçısını işdən çıxardı - Yeni TƏYİNAT

Prezident İlham Əliyev Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
ONN media xəbər verir ki, Sərəncama əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sevindik Hacağa oğlu Hətəmov isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər sərəncamla Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.