İranda güclü zəlzələ baş verdi

Bu gün səhər saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Zəlzələ nəticəsində 7 nəfərin yüngül xəsarət aldığı, bəzi evlərə ziyan dəydiyi bildirilir.
***
Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.
Bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.
***
İranın Şimali Xorasan əyalətində gün ərzində 3-cü zəlzələ baş verib.
Bu dəfə zəlzələ 5,2 bal gücündə olub.
Qeyd olunur ki, yeraltı təkanlar Bocnurd şəhəri yaxınlığında, yerli vaxtla saat 16:13-də, 8 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur