Ukrayna PUA-sı Xəzərə qədər gəldi

Ukrayna PUA-sı Xəzərə qədər gəldi

PUA hücumu təhlükəsi ilə ötən gecə Volqoqrad və Həştərxan hava limanları bağlanıb.

ONN media xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bildirilir ki, Volqoqrad hava limanı gecə saat 1:40 radələrində təyyarələrin qəbulunu və uçuşunu dayandırıb. Bu səbəbdən iki reys təxirə salınıb. Bir saat sonra Həştərxan hava limanı bağlanıb, buna görə üç reys gecikdi.

Saat 05:10 radələrində təhlükə aradan qaldırılıb.

Rusiya Müdafiə Nazirliyi Həştərxan vilayətində PUA vurulduğunu açıqlayıb.

Geri qayıt