Dəmir yolunda niyə gecikmələr olub?

Dəmir yolunda sərnişin qatarlarının gecikməsi ilk növbədə Sumqayıt-Pirsağı-Bakı və əks istiqamətdə qeydə alınır.
ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
"Sərnişinlər tərəfindən vaqon qapılarının saxlanılması dəmir yolunda təhlükə yaradır və gecikmələrə səbəb olur", - A.Fərəcov qeyd edib.