Livandakı azərbaycanlılar təxliyə olunur? - XİN-dən AÇIQLAMA

Livandakı azərbaycanlılar təxliyə olunur? - XİN-dən AÇIQLAMA

Livandan azərbaycanlıların təxliyəsi ilə bağlı müraciət daxil olmayıb. 

Bunu cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. 

"Livanda azərbaycanlıların sayı cüzidir. Təxliyə üçün müraciət daxil olmayıb",- deyə o bildirib. 

Qeyd edək ki, İsrailin Livana endirdiyi aviazərəbələr nəticəsində ölənlərin sayı 500-ə çatıb. Bəzi ölkələrin vətəndaşları Livandan təxliyə olunub. 

Geri qayıt