Yanğın zamanı Xəzər TV-yə ziyan dəyib?

Yanğın zamanı Xəzər TV-yə ziyan dəyib?

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən Xəzər TV-də təxliyə həyata keçirilib.

ONN media xəbər verir ki, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.

Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.

Həmçinin bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.

Geri qayıt