Şəfiqə Məmmədovaya yeni vəzifə verildi

Şəfiqə Məmmədovaya yeni vəzifə verildi

Sentyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.

ONN media xəbər verir ki, iclasda milli kinonun hazırkı problemləri müzakirə olunub və bəyanat qəbul edilib.

Bundan əlavə, iclasda AKİ-yə yeni üzvlər də qəbul ediliblər. Həmçinin, Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib. Qərarla Şəfiqə Məmmədova birinci katib, rejissor Əli İsa Cabbarov icraçı katib təyin olunub.

Həmçinin:

Anar Rəsul oğlu Rzayev

Nadir Xadmətulla oğlu Bədəlov

Akif Əli oğlu Əli

Tahir Cabbar oğlu Əliyev

Türkan Siyasət qızı Hüseynova

Vaqif Behbud oğlu Mənsimov

Baba Vəzir oğlu

Ramiz Həsənağa oğlu Mirzəyev

Həmidə Məmməd qızı Ömərova

Oleq Mirzəağa oğlu Səfərəliyev

Mirbala Seyidəsgər oğlu Səlimli

Ziya Ənvər oğlu Şıxlinski - katib seçiliblər.

Geri qayıt