Cinayətkarlar bu texnologiya ilə TAPILIR

Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün “Amazon” şirkətinin üz tanıma texnologiyasından (“Rekoqnişın”) istifadə edir.
ONN media axar.az -a istinadən xəbər verir ki, bunu FTB-nin Terrorla Mübarizə Şöbəsinin müdir müavini Kristin Halvorsen deyib.
O, texnologiyanın terrorla mübarizə istintaqında effektiv nəticə verdiyini bildirib: “Həftə boyu bütün sutkanı işləyən agentlərimiz və analitiklərimiz var, amma işçilərimizin həftələrlə gördüyü işi “Rekoqnişın” 24 saatda görə bilir”. ABŞ Mülki Azadlıqlar Birliyi isə “Amazon”dan sözügedən texnologiyanın hüquq-mühafizə orqanlarına satışını dayandırmağı tələb edib.