İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ oldu

İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ oldu

İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.

ONN media xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 13:42-də qeydə alınıb. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Bağdaddan 136 kilometr şimal-şərqdə, İranın İlam şəhərindən isə 87 kilometr şimal-qərbdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Geri qayıt