Bu ölkəni tərk edən turistlər vergi ödəməli olacaqlar
Yaponiya ölkəni təyyarə və ya gəmi ilə tərk edən hər bir şəxs üçün 1000 yen (təxminən 15 AZN) məbləğində vergi tətbiq edib.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, bu, 27 il ərzində ölkədə qüvvəyə minən ilk yeni vergi dəyişikliyidir.
Vergi təyyarə və gəmi biletlərin qiymətlərinə əlavə olunacaq. Rüsum həm əcnəbilər, həm də ölkə vətəndaşlarına tətbiq ediləcək.
Yaponiyada sutkadan az qalan iki yaşa qədər uşaqlar isə vergidən azad olunacaqlar. Bundan başqa, xarici ölkə səfirləri və dövlət qonaqları rüsum ödəməyəcəklər.
