Prezident onlara general RÜTBƏSİ VERDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncamı imzalayıb. ONN media xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin: polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə polkovnik Yusif Həsən oğlu Mirzəyevə.