Leninin Mavzoleyi bağlanır

Vladimir Leninin Qırmızı meydandakı Mavzoleyi iki aylıq bağlanacaq. ONN media xəbər verir ki, buna səbəb profilaktika işlərinin aparılmasıdır. Bildirilib ki, bu müddət ərzində Leninin nəşinin saxlanılma şəraiti yenidən təmin ediləcək. Mavzoley 18 fevral-16 aprel tarixlərində bağlı olacaq.