Aeroportda insident yaşanıb

Titov adına Barnaul hava limanında Barnaul-Moskva reysini həyata keçirən təyyarədə insident baş verib.
ONN media xəbər verir ki, “Uralskie avialinii” aviaşirkətinə məxsus təyyarənin enişindən sonra 10 sərnişin pilləkəndən yıxılıb. Nəticədə, 6 nəfər yüngül xəsarət alıb, 4 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Qafqazinfo