Eks-prezidentə qarşı yeni ittiham irəli sürüldü

Eks-prezidentə qarşı yeni ittiham irəli sürüldü

Ermənistan Xüsusi İstintaq Xidməti bu gün eks-prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb. ONN media xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri məlumat veriblər. Eks-prezidentə “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb. İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb. Sahibkar 2018-ci ildə mətbuat-konfranslarından birində bəyan etmişdi ki, 2008-ci ildə ərəblərlə böyük bir müqavilə imzalayıb və “mane olmaması üçün” o zamanki prezident Koçaryana rüşvət verib. Ermənistanın eks-prezidenti isə öz növbəsində iş adamını məhkəməyə verərək onu böhtan atmaqda günahlandırıb. Qeyd edək ki, hazırda həbsdə olan R. Koçaryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur. (qafqazinfo.az)

Geri qayıt