Mitinqdə olay: 14 nəfər öldü

Mitinqdə olay: 14 nəfər öldü


ONN media xəbər verir ki, Nigeriyanın Port Harkourt şəhərində iqtidar partiyası APC-nin təşkil etdiyi mitinqdə izdiham səbəbindən 14 nəfər ölüb.

Mitinqdə dövlət başçısı Məhəmməd Buxari də iştirak edib.

Şəhər xəstəxanasının nümayəndəsi deyib ki, izdiham samanı 14 nəfər ölüb, 3 nəfər isə yaralandığı üçün reanimasiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki, Nigeriyada 16 fevralda prezident seçkiləri keçiriləcək.

Əsas namizədlər indiki prezident Məhəmməd Buxari və Xalq Demokrat Partiyasının namizədi Atiku Abubakardır.

Nigeriyada 84 milyon seçici 120 min seçki məntəqəsində səs verəcək.

Geri qayıt