Məşhur aparıcılara HƏBS ŞOKU

Tanınmış modelyer Hakan Akkaya “Söyləməzsəm, olmaz” proqramının aparıcıları Ece Erkenlə Bircan Baliyə qarşı açdığı məhkəməni udub. ONN media xəbər verir ki, Hakan canlı yayımda aparıcıların açıq-aydın onun hüquqlarını tapdaladıqlarını, qəsdən təhqir etdiklərini bildirib. Beykoz 1-ci Asliyə Məhkəməsi Erkən və Baliyə 1 aylıq intizam xarakterli həbs cəzası verib. Ece və Bircan 2 həftə ərzində apellyasiya şikayəti verməsələr, həbsxanaya girəcəklər.(qafqazinfo.az)