Terrorçular polisləri hədəfə aldı- Nə baş verir?

Terrorçular polisləri hədəfə aldı- Nə baş verir?


İraqın Samirra şəhərində polislərin olduğu yerdə bomba ilə yüklənmiş avtomobil partladılıb.

ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terakt nəticəsində 8 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, İŞİD terrorçuları İraqda işğal etdikləri bütün torpaqları itirdikdən sonra Mosul, Səlahəddin və Diyala vilayətlərində tez-tez teraktlar həyata keçirir.

Geri qayıt