Məcburi köçkünlərin yaşadığı evlər yandı

Məcburi köçkünlərin yaşadığı evlər yandı


ONN media xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.
 
Hadisə ötən gün saat 23:00 radələrinə bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) baş verib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.
 
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
 
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.
 
Xəstəxanadan verilən məlumata görə, yanğında xəsarət alan şəxs 1977-ci il təvəllüdlü İsmayılova Süsən Qurban qızıdır. O üzünün və sağ əlinin yanması xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Geri qayıt