Ekvadorun şərqində 7,7 bal gücündə zəlzələ olub

Ekvadorun şərqində 7,7 bal gücündə zəlzələ olub


Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar fevralın 22-də yerli vaxtla saat 10:17-də Palora şəhərindən 115 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 132 kilometr dərinlikdə yerləşib.

Hələlik mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Geri qayıt