Prezidentin korteji qəzaya uğradı

Prezidentin korteji qəzaya uğradı

Moldova prezidenti İqor Dodonun korteji qəzaya düşüb. ONN media oxu.az -a istinadən xəbər verir ki, Dodon bildirib ki, hadisə onun işdən rayonlardan birinə səfərə gedərkən baş verib. “Əks zolağa qəfildən avtomobil çıxdı, və mənim avtomobilimin arxasınca gələn maşına çırpıldı”, - Dodon deyib. Prezident qeyd edib ki, hazırda polis qəzanın səbəblərini dəqiqləşdirir. Xatırladaq ki, ötən ilin sentyabr ayında da İ.Dodon qəzaya düşmüşdü. Həmin hadisə zamanı prezident xəstəxanaya yerləşdirilmişdi.

Geri qayıt