Türkiyə parlamentinin yeni sədri seçildi

Türkiyə parlamentinin yeni sədri hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mustafa Şentop seçilib. ONN media xarici mətbuata istinadən xəbər verir ki, 542 deputatdan 336-sı öz səsini Mustafa Şentopa verib. Bundan əlavə, 124 deputat Cümhuriyyət Xalq Partiyasının (CHP) nüamyəndəsi Engin Altaya, 46-sı Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi Serpil Kemalbay Pekgözegüyə, 33-ü isə "İYİ Parti"nin nümayəndəsi İmam Hüseyn Filizə səs verib. 3 deputat səs verməyib.