Rumıniyada qeyri-adi təbiət hadisəsi

Rumıniyanın Buçeci dağ massivində qeyri-adi təbiət hadisəsi müşahidə edilib.
ONN media xəbər verir ki, Cənub Karpat dağları qeyri-adi atmosfer fenomenləri ilə məşhurdur. Amma bu dəfə baş verən təbiət hadisəsi bu günə qədər yerli sakinlər tərəfindən ilk dəfədir ki, müşahidə olunur.
Gecə səmasında parlaq işıqlanma qeydə alınıb və göy qurşağının bütün rəngləri üzə çıxıb. Fotoları Azuqa şəhərindən olan fotoqraf Razvan Nayoqe lentə alıb. Onun sözlərinə görə, qeyri-adi fenomen 20 dəqiqə davam edib.
Onun sözlərinə görə, mikroskopik buz kristallarının arasından sızan günəş şüaları bu hadisəyə səbəb olub.