Sumqayıtda on otaqlı ev yandı - FHN

Sumqayıt şəhərində on otaqlı ev yanıb. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 m² sahədə və ikinci mərtəbəsində 2 otağın döşəməsi 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.