Hindistan Pakistanın təyyarəsini vurdu
Kəşmirdə Hindistan və Pakistanın silahlı qüvvələri arasında yenidən qarşıdurma yaranıb. ONN media xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Pakistan hərbçiləri Aknur bölgəsini atəşə tutublar. Daha sonra Hindistan buna cavab olaraq Pakistanın pilotsuz təyyarəsini vurub. Silahlı insident 3 saat davam edib. Ölən və yaralananlar haqda məlumat yoxdur.
