Sərkisyana qarşı olan qadağa ləğv edildi

Ermənistan Milli Təhlükəsizlik Xidməti eks-prezident Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın müəyyən müddətlik xaricə getməsinə razılıq verib.
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan deyib.
Qeyd edək ki, bundan öncə Aleksandr Sərkisyanın ölkəni tərk etməsi qadağan edilmişdi. Axar.az