Sıla və Ahmet Kuralın məhkəməsi baş tutdu

Türkiyəli sənətçilər Sıla Gençoğlu və Ahmet Kural arasında yaşanan dava ilə bağlı ilk məhkəmə prosesi baş tutub. ONN media xəbər verir ki, məhkəmə salonunda olan cütlükdən gələn ilk məlumata görə Sıla Ahmetdən ayrılandan sonra Okan Can Yantırla münasibətinin olduğunu təsdiqləyib. Qeyd edək ki, Sıla eks-sevgilisi Ahmetin onu evində döydüyünü iddia edərək, prokurorluğa şikayət ərizəsi verib. Kuralın 1 il 1 aydan 5 ilə qədər həbs olunması tələb olunur.