Finlandiya hökuməti istefa verib

Finlandiya hökuməti istefa verib


Finlandiyanın Baş naziri Yuha Sipilanın başçılıq etdiyi hökumət istefa verib.

ONN media xəbər verir ki, ölkə prezidenti Sauli Niiniste hökumətin istefasını qəbul edib.

Qeyd olunur ki, hökumət sosial təminat və səhiyyə sistemində islahatlarla bağlı razılığa gələ bilmədiyi üçün istefaya yollanıb.

Prezident gələn ay keçiriləcək parlament seçkilərinədək Yuha Sipila hökumətinə vəzifələrini icra etmək tapşırığı verib.

Geri qayıt