Məşhur bloqer ÖLDÜRÜLDÜ - Cəsədi...

Məşhur bloqer ÖLDÜRÜLDÜ - Cəsədi...

Sosial şəbəkələrdə dəblə bağlı paylaşımlar edən bloqerin cəsədi tapılıb. ONN media  xəbər verir ki, internet vasitəsi ilə tanış olduğu kişi ilə "yoxa çıxan" bloqerin qəbri aşkarlanıb. Polis iki gündür ki, itkin düşən 34 yaşlı Laureline ­Garcia-Bertaux-un öldürülüb, basdırıldığını təsdiqləyib. Onun kollec yoldaşları bir neçə gün əvvəl polisə müraciət edərək Laureline-nin itkin düşdüyünü bildiriblər. Rəfiqələrinin dediyinə görə, o, son zamanlar "Tinder"də vaxtını keçirib və orada tanış olduğu oğlanla münasibət qurub.

Bloqerin cəsədi Londondakı evinin həyətindəki quyudan tapılıb. Əslən fransız olan Laureline 10 il Londonda yaşayıb. O, rusiyalı sevgilisindən ayrıldıqdan sonra evində tək qalıb. Cinayətə bağlı araşdırma aparılır. Onun ölümündə internet vasitəsi ilə tanış olduğu şəxs şübhəli bilinir.(Big.az)
Geri qayıt