Yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT

Yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT


Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
 
ONN media xəbər verir ki, FHN-nin yaydığı məlumata əsasən, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt