Güclü partlayış baş verib - 8 ÖLÜ

Suriyanın Palmira şəhəri yaxınlığında terrorçular tərəfindən qoyulan mina partlayıb. ONN media xəbər verir ki, Arak yaşayış məntəqəsində baş verən partlayış nəticəsində 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Qeyd edilir ki, mina İŞİD terror qruplaşmasını üzvləri tərəfindən qoyulub. Xatırladaq ki, bu gün Suriyanın Hama əyalətində iki uşaq minaya düşərək həlak olub.(trend)