“Santa Barbara”nın məşhur aktyoru öldü

“Santa Barbara” serialında SiSi Kepvell obrazını canlandıran aktyor Ced Allan vəfat edib. ONN media xəbər verir ki, bu barədə TVLine məlumat yayıb. Bildirilir ki, martın 1-də Allanın 84 yaşı tamam olub. Allan 1986-cı ildən 1993-cü ilədək “Santa Barbara” serialının 1089 seriyasında çəkilib. SiSi Kepvel obrazı ona məşhurluq gətirib.