Zəlzələ olub - 6,2 bal gücündə

Fici sahillərində güclü zəlzələ olub. ONN media xəbər veriur ki, 6,2 bal gücündə olan zəlzələ bu gün səhər saatlarında baş verib və episentri Lambasa şəhərindən 260 kilometr cənub-şərqdə, ocağı isə 567,4 kilometr dərinlikdə yerləşib. Ölənlər və dağıntılar barədə məlumat verilməyib.