Masazırda ikimərtəbəli evdə YANĞIN

Masazırda ikimərtəbəli evdə YANĞIN

Masazırda ikimərtəbəli evdə yanğın baş verib. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajın içərisində tikinti materialları və 2 ədəd məişət avadanlığı, dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Geri qayıt