Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək

ONN media xəbər verir ki, martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” parkında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.
2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tonqalı yandırılacaq. Bayramın rəmzləri olan Bahar qızı, Kosa və Keçəl qonaqları salamlayacaq, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.