Erməni tarixçidən erməni tarixi ilə bağlı İNANILMAZ İFADƏLƏR- VİDEO

Erməni tarixçidən erməni tarixi ilə bağlı İNANILMAZ İFADƏLƏR- VİDEO


Ukraynalı tədqiqatçı, məşhur erməni əsilli bloger Filip Ekozyants paylaşdığı növbəti videoda “Bütün dünyada minlərlə “erməni” məbəd və kilsələrini kim tikib?” sualına cavab axtarıb.

ONN media xəbər verir ki, tarixçi məsəlinin araşdırılmasına çox sadə bir səbəblə başladığını bildirib. Belə ki, Ekozyants bu günə qədər apardığı araşdırmalarda riyaziyyat, həndəsə, fizika, kimya və nəhayət, memarlıq sahəsində təhsil verən qədim erməni məktəblərinin mövcudluğu barədə hər hansı bir məlumata rast gəlmədiyini qeyd edib.

“Hərçənd burada bir universitet və ya məktəb olmalıdır. Çünki bütün dünyada bu qədər kilsə və məbəd tikmək üçün yüzlərlə belə təhsil müəssisəsinə ehtiyac var”, - Ekozyants bildirib.

Bundan sonra Ekozyants ermənilərdən qədim məktəblərin, xüsusi müəssisələrin mövcudluğu, erməni memarların adlarına dair məlumatları varsa, təqdim etmələrini istəyib.

“Mən bu informasiyanı bir onillikdən artıq vaxtdır axtarıram, ancaq heç nə tapa bilməmişəm. Mənim üçün bu məsələ bağlanıb. Siz də axtarın, bəlkə tapa bildiniz? Bizə uşaqlıqdan əcdadlarımızın bütün dünyada minlərlə kilsə və məbəd tikdiyini, bizim onların birbaşa nəvələri olduğumuzu deyirlər. Həqiqətən də uyğun təhsilə sahib olmadan bu cür gözəl, memarlıq cəhətdən mürəkkəb binaları tikmək mümkündürmü?” - erməni tarixçi mövzu ilə bağlı ilk videosunda deyib.

Müraciətdən sonra bir gecədə sosial şəbəkələrin erməni istifadəçilərindən Ekozyantın ünvanına minə yaxın cavab göndərilib.

“Təbii ki, onların arasında bir dənə olsun real cavab olmadı. Çünki ola da bilməzdi. Yəni heç kim “Filip bura gəlin, burada məktəb olub, biz sizə göstərəcəyik” deyə bilməz. Heç olmasa məktəbin təsviri, onun barəsində xatirələr – heç biri ola bilməz. Cavablarda mənə o dövrdə memarlar, astronomlar və riyaziyyatçılar üçün məktəblərin məbədlərin içində olduğunu izah etməyə cəhd etdilər. Guya məbədlər elə dahi erməni memarların təhsil aldığı məktəblərdir... Burada yəhudilərin bir lətifəsi yada düşür:

https://www.youtube.com/watch?v=-cLuv_Nvg04&feature=youtu.be
https://www.youtube.com/watch?v=Ohla8Tguvv8&feature=youtu.be
https://www.youtube.com/watch?v=xiMVNL9OnlY&feature=youtu.be
https://www.youtube.com/watch?v=_FGg1_DHUJM&feature=youtu.be
Geri qayıt