Aleksandr Novak Azərbaycana gələcək
Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycana gələcək. ONN media xəbər verir ki, rusiyalı nazir martın 18-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Bakıda keçiriləcək 13-cü görüşündə ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək. Həmçinin rusiyalı nazirin Bakıda bəzi ikitərəfli görüşlər də keçirəcəyi gözlənilir.
