Azərbaycan vətəndaşı Rusiyada itkin düşdü

Azərbaycan vətəndaşı Rusiyada itkin düşdü

Bakıdan Rusiyaya gedən kişi itkin düşüb. ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinə paytaxtın Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə, ev B, mənzil 8-də yaşayan Kamal Rafiq oğlu Hacıyev müraciət edib. K.Hacıyev müraciətində bildirib ki, onlarla birlikdə yaşayan atası, 1948-ci il təvəllüdlü Rafiq Ağa oğlu Hacıyev 1993-cü ildə Rusiya Federasiyasının Rostov şəhərinə gedib və bu günə qədər onunla əlaqə saxlamaq mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanıb.

Geri qayıt