Mingəçevirdəki yanğınla bağlı FHN-dən açıqlama

Mingəçevirdəki yanğınla bağlı FHN-dən açıqlama


Fövqəladə Hallar Nazirliyi dünən Mingəçevirdə baş verən yanğınla bağlı açıqlama verib. 

Qurumun mətbuat xidmətinin rəhbəri Yahya Babanlı ONN media-ya bildirib ki, yanğının baş verməsinə səbəbin tonqal olub-olmadığı bilinmir:

“Yanğın 19:20 radələrində qamışlıqda baş verib və çox lokal bir ərazini əhatə edib. FHN-in yanğınsöndürənlərinin vaxtında müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisə boş ərazidə baş verdiyindən xəsarət alan olmayıb”. 

Qeyd edək ki, Baku.ws yanğına bayram tonqalının səbəb olduğunu yazıb. 

Geri qayıt