Məşhur Hollivud ulduzu həbs edildi — SƏBƏB İSƏ...

Məşhur Hollivud ulduzu həbs edildi — SƏBƏB İSƏ...


“Bədbəxt ev qadınları” serialının baş rol ifaçısı Felisiti Haffman həbs edilib.
ONN media xəbər verir ki, aktrisa qızının universitetə daxil ola bilməsi üçün rüşvət verdiyi ittihamı ilə həbs edilib. Haffman ilə yanaşı bir çox məşhurun bu cinayəti törətdiyi üzə çıxıb. Felisiti və Uilliam Meysi 2017-ci ilin dekabr ayında qızlarının yataqxanasına gedərək foto çəkdiriblər və sosial şəbəkədə paylaşıblar. Cütlük fotonun altına “17 yaşlı qızımızla universitetə getmək bizə nostalgiya xatırladır” cümləsini yazıblar. Sonradan məlum olub ki, Sofiyanın imtahan qiymətini qeyri-qanuni artırmaq üçün rüşvət ödənilib. Aktrisa qızının qiymətini qaldırmaq üçün 15 min dollar rüşvət verdiyi üçün bu gün səhər həbs edilib. O, Los-Anceles məhkəməsində hakim qarşısına çıxacaq.(ölkə.az)
Geri qayıt