Ankarada qatar relsdən çıxdı

Ankarada qatar relsdən çıxdı


Səhər saatlarında Ankara dəmir yolunda qəza baş verib.

ONN media xəbər verir ki, qəza hərəkətdə olan yük qatarının relsdən çıxması səbəbindən baş verib. 4 vaqonun relsdən çıxması nəticəsində yanacaq ətrafa dağılıb.

Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayanıb. Hadisə yerinə qəza-xilasetmə briqadası cəlb olunub.

İnsident nəticəsində xəsarət alan olmayıb. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.

 

Geri qayıt