Bayram tətilində rayonlara gedənlərə ŞAD XƏBƏR

Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi uzadılaraq, martın 30-na qədər davam edəcək.
ONN media xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat paylaşıb.
O bildirib ki, bu qərar Novruz bayramını regionlarda ayın sonuna qədər qeyd etmək istəyən sərnişinlərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub və regionlardan paytaxta ediləcək səfərlərə şamil olunacaq.
Qeyd edək ki, bundan əvvəl Bakı Beynəlxalq Avtovağzalın Kompleksinin mətbuat katibi Pərvin Məmmədova kompleksin Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini açıqlamışdı.