Şamaxıda evdən yaşlı kişinin meyiti tapıldı

Şamaxı rayonu Məmmədhüseyn Şəhriyar küçəsi 27 ünvanında kişi meyiti aşkarlanıb. ONN media xəbər verir ki, ölən şəxs 1961-ci il təvəllüdlü Şirvani Şirzad Mikayıl oğludur. Onun ölüm səbəbi məlum deyil. Bildirilib ki, həmin şəxs kimsəsiz olub, uzaq qohumları onu qonşulara tapşırıbmış. Bir neçə gün onun evdən çıxmadığını görən qonşular müvafiq qurumlara məlumat verib. Faktla bağlı araşdırmalara başlanılıb.